# Kimlər üçün — Sini

Platforma üç tərəfi — sponsor, restoran və tələbəni — bir axında birləşdirir.

### Sponsorlar üçün

Fərdi xeyriyyəçi və ya şirkət — bağışınızın hara getdiyini rəqəmlə görürsünüz.

- Bir neçə klikə bağış: yemək növünü və sayını seçin, kifayətdir.
- Kabinetdə töhfəniz: nə qədər bağışladınız, neçəsi istifadə olundu, neçəsi hələ sinidədir.
- İstəsəniz tam anonim qalın — publik siyahıda yalnız sponsor kodunuz görünür.
- Korporativ sosial məsuliyyət hesabatınız üçün şəffaf, yoxlanıla bilən data.

Qoşulmaq: [Sponsor ol](https://sini.az/qeydiyyat)

### Restoranlar üçün

Partnyor olun: həm yeni müştəri axını, həm də təhvil verdiyiniz hər yeməyə görə ödəniş.

- Menyu paketlərinizi özünüz təyin edirsiniz — nə təklif edəcəyinizə siz qərar verirsiniz.
- İş qrafikiniz sizindir: hansı saatlarda QR qəbul edəcəyinizi seçirsiniz.
- Gündəlik və saatlıq limit qoyub mətbəxinizin yükünü idarə edirsiniz.
- Hər təhvil verilən yeməyin dəyəri dərhal hesabınıza yazılır.

Qoşulmaq: [Partnyor ol](https://sini.az/qeydiyyat?rol=restoran)

### Tələbələr üçün

Kassada uzun izahat yoxdur. QR göstərirsiniz, yeməyinizi alırsınız.

- Sponsorların bağışladığı isti yemək sizin üçün pulsuzdur — kassada heç nə ödəmirsiniz.
- Yaxınlıqdakı partnyor restoranları və menyuları tətbiqdə görürsünüz.
- QR yaradırsınız — kassir oxuyur, yemək hazırdır.
- Heç kim sizi ayırmır: sifariş adi sifariş kimi gedir.
- Restoranı dəyərləndirə, problem olsa şikayət edə bilərsiniz.

Qoşulmaq: [Tələbə kimi qoşul](https://sini.az/qeydiyyat?rol=telebe)

## Partnyor restoranlar

Tələbə bağışlanan yeməyi bu restoranlardan istədiyi birində götürə bilər.

- **Xəzər Launch** — Bakı, Xaqani küç. 8
- **Gənclik Restoran** — Bakı, Füzuli küç. 12
- **Bakı Kafe** — Bakı, Bülbül pr. 5
- **ASQIDA Restoran** — Bakı, Nizami küç. 1
- **Bakı Mətbəxi** — Bakı, Rəsul Rza küç. 3
- **Fast Food N1** — Qara Qarayev avenue
- **Tələbəlik illəri** — Yasamal rayonu

## Digər səhifələr

- [Ana səhifə](https://sini.az/index.md)
- [Necə işləyir](https://sini.az/nece-isleyir.md)
- [Kimlər üçün](https://sini.az/kimler-ucun.md)
- [Haqqımızda](https://sini.az/haqqimizda.md)
- [Əlaqə](https://sini.az/elaqe.md)
- [Qeydiyyat](https://sini.az/qeydiyyat) — sponsor, tələbə və ya restoran kimi qoşulmaq

Əlaqə: info@sini.az · +994 10 332 0333
