Əsas məzmuna keç
Daxil olQeydiyyat

Əlaqə

Sualınız var? Yazın, danışaq

Sponsorluq, partnyorluq və ya sadəcə maraq — hansı olursa olsun, cavab veririk.

Bizimlə əlaqə

Sosial şəbəkələr

Mesaj göndər

Formu doldurun — sizinlə iş günü ərzində əlaqə saxlayaq.

Suallar

Tez-tez verilən suallar

Tələbələr, sponsorlar və restoranlar üçün qısa cavablar. Sualınız burada yoxdursa, yuxarıdakı formdan yazın.

Azərbaycanda tələbələr üçün pulsuz yemək proqramı varmı?
Bəli. Sini universitet tələbələrinə qida dəstəyi platformasıdır: sponsorlar yemək bağışlayır, tələbə partnyor restoranda QR kod göstərib isti yeməyini pulsuz alır. Dövlət proqramı deyil — fərdi sponsorların və şirkətlərin könüllü dəstəyi ilə işləyir.
Sini tələbələr üçün pulsuzdur?
Bəli. Yeməyin dəyərini sponsorlar ödəyir, tələbə restoranda heç nə ödəmir. Qoşulmaq üçün saytda və ya tətbiqdə tələbə kimi qeydiyyatdan keçib sənədlərinizi təsdiqlətmək kifayətdir.
Bu tələbə endirimidir, yoxsa pulsuz yemək?
Pulsuz yemək. Sini endirim kartı və ya güzəşt proqramı deyil: tələbə yeməyi 10–20 faiz ucuz yox, tamamilə pulsuz alır. Tələbə endirimi, tələbə güzəşti və ya tələbə dəstəyi axtarırsınızsa, Sini bunların daha sadə formasıdır — kassada nə kart, nə izahat lazımdır, yalnız QR.
Hansı tələbələr qoşula bilər?
Yalnız Azərbaycanda təhsil alan universitet tələbələri — bu, əsas şərtdir. Qeydiyyatda tələbəliyi təsdiq edən sənəd yüklənir; təsdiqdən sonra tətbiqdə QR yaratmaq mümkündür. Universitet, kurs və ya ixtisas fərqi yoxdur.
Tələbə yeməyi necə alır?
Tətbiqdə yaxınlıqdakı partnyor restoranı seçir, QR kod yaradır və kassada göstərir. Kassir QR-ı oxuyur, sifariş adi sifariş kimi hazırlanır. Tələbə heç kimə vəziyyətini izah etmir — bu, platformanın əsas şərtidir.
Gündə neçə yemək almaq olar?
Hər tələbənin günlük QR limiti var ki, dəstək daha çox tələbəyə çatsın. Qalan haqq və limit tətbiqdə və saytdakı kabinetdə göstərilir. Vaxtında istifadə olunmayan QR-ın haqqı geri qayıtmır.
Tələbələr web saytdan istifadə edə bilir?
Bəli. Tələbə saytda qeydiyyatdan keçə, kabinetdə QR tarixçəsini, xallarını və rəylərini görə bilər. QR kodun özü isə yalnız mobil tətbiqdə yaradılır — kassir onu telefondan skan edir.
Tələbəyə necə sponsor ola bilərəm?
Ana səhifədəki səbətdə neçə yemək bağışlamaq istədiyinizi seçin, sponsor kimi qeydiyyatdan keçin və kabinetdə ödənişi təsdiqləyin. Fərdi şəxs də, şirkət də sponsor ola bilər; bir ianənin minimum və maksimum həddi ianə səhifəsində göstərilir.
Şirkət olaraq tələbələrə necə dəstək ola bilərik?
Qeydiyyatda korporativ sponsor seçin. Şirkətiniz ayrıca korporativ reytinqdə adı ilə görünür, kabinetdə isə bağışladığınız hər yeməyin kimə və nə vaxt çatdığı qeyd olunur — korporativ sosial məsuliyyət hesabatı üçün hazır mənbədir. Böyük həcm və ya xüsusi şərtlər üçün bizə yazın.
Bağışım konkret bir restorana gedirmi?
Xeyr. Bağış mərkəzi hovuza düşür və tələbə hansı partnyor restoranı seçsə, yemək orada təhvil verilir. Belə olduqda tələbə özünə ən yaxın yeri seçə bilir.
Bağışımın tələbəyə çatdığını necə bilərəm?
Kabinetdə «İstifadə olunanlar» bölməsində bağışladığınız yeməklərdən hansının nə vaxt götürüldüyünü görürsünüz. Hər yemək sistemdə ayrıca vahiddir, restoranda təhvil anı qeydə alınır.
Anonim bağış edə bilərəmmi?
Bəli. Qeydiyyatda «anonim» seçimini işarələyin — publik sponsor siyahısında adınız yox, yalnız sponsor kodunuz görünəcək. Bu seçimi sonradan profildən istənilən vaxt dəyişə bilərsiniz.
Restoran olaraq necə qoşula bilərəm?
Qeydiyyat səhifəsində «Restoranam» seçib müraciət formunu göndərin. Restoran hesabları platformaya komandamız tərəfindən əlavə olunur.
Sini nədir və adı haradan gəlir?
Sini — tələbələrə qida dəstəyi platformasıdır. Ad süfrənin ortasındakı ortaq sinidən və köhnə «asqıda çörək» adətindən gəlir: biri qoyur, ehtiyacı olan götürür, kimin qoyduğu soruşulmur.
Hansı şəhərlərdə və restoranlarda işləyir?
Partnyor restoranların aktual siyahısı ana səhifədədir; tətbiqdə isə xəritədə yaxınlıqdakılar görünür. Şəbəkə yeni restoranlar qoşulduqca genişlənir.
Mobil tətbiq haradan yüklənir?
Tətbiq Android və iOS üçün hazırlanır; App Store və Google Play linkləri saytın altlığında yerləşdirilir. Sponsorlar bütün əməliyyatları saytdakı kabinetdən də edə bilər.