Əsas məzmuna keç
Daxil olQeydiyyat

Kimlər üçün

Sponsor, restoran, tələbə — hər birinin öz faydası

Platforma üç tərəfi bir axında birləşdirir. Aşağıda hər tərəf üçün nə təklif etdiyimiz yazılıb.

Kimlər üçün

Üç tərəf, bir süfrə

Sini sponsoru, restoranı və tələbəni bir axında birləşdirir — hər tərəfin öz faydası var.

Sponsorlar üçün

Fərdi xeyriyyəçi və ya şirkət — bağışınızın hara getdiyini rəqəmlə görürsünüz.

  • Bir neçə klikə bağış: yemək növünü və sayını seçin, kifayətdir.
  • Kabinetdə töhfəniz: nə qədər bağışladınız, neçəsi istifadə olundu, neçəsi hələ sinidədir.
  • İstəsəniz tam anonim qalın — publik siyahıda yalnız sponsor kodunuz görünür.
  • Korporativ sosial məsuliyyət hesabatınız üçün şəffaf, yoxlanıla bilən data.

Restoranlar üçün

Partnyor olun: həm yeni müştəri axını, həm də təhvil verdiyiniz hər yeməyə görə ödəniş.

  • Menyu paketlərinizi özünüz təyin edirsiniz — nə təklif edəcəyinizə siz qərar verirsiniz.
  • İş qrafikiniz sizindir: hansı saatlarda QR qəbul edəcəyinizi seçirsiniz.
  • Gündəlik və saatlıq limit qoyub mətbəxinizin yükünü idarə edirsiniz.
  • Hər təhvil verilən yeməyin dəyəri dərhal hesabınıza yazılır.

Tələbələr üçün

Kassada uzun izahat yoxdur. QR göstərirsiniz, yeməyinizi alırsınız.

  • Sponsorların bağışladığı isti yemək sizin üçün pulsuzdur — kassada heç nə ödəmirsiniz.
  • Yaxınlıqdakı partnyor restoranları və menyuları tətbiqdə görürsünüz.
  • QR yaradırsınız — kassir oxuyur, yemək hazırdır.
  • Heç kim sizi ayırmır: sifariş adi sifariş kimi gedir.
  • Restoranı dəyərləndirə, problem olsa şikayət edə bilərsiniz.

Partnyor restoranlar

Yemək bu süfrələrdə verilir

Tələbə bağışlanan yeməyi bu restoranlardan istədiyi birində götürə bilər.

  • Xəzər Launch avatarı

    Xəzər Launch

    Yeni

    Bakı, Xaqani küç. 8

    07:00 – 21:00

  • Gənclik Restoran avatarı

    Gənclik Restoran

    Yeni

    Bakı, Füzuli küç. 12

    07:00 – 21:00

  • Bakı Kafe avatarı

    Bakı Kafe

    Yeni

    Bakı, Bülbül pr. 5

    07:00 – 21:00

  • ASQIDA Restoran avatarı

    ASQIDA Restoran

    Yeni

    Bakı, Nizami küç. 1

    Bu gün bağlıdır

    Bu gün bağlı
  • Bakı Mətbəxi avatarı

    Bakı Mətbəxi

    Yeni

    Bakı, Rəsul Rza küç. 3

    07:00 – 21:00

  • Fast Food N1 avatarı

    Fast Food N1

    Yeni

    Qara Qarayev avenue

    09:00 – 19:00

  • Tələbəlik illəri avatarı

    Tələbəlik illəri

    3.3(3)

    Yasamal rayonu

    09:00 – 21:00

Bir öyün — başlamaq üçün kifayətdir

Qeydiyyat bir dəqiqə çəkir. İstəsəniz adınızı heç yerdə göstərməyəcəyik.