Necə işləyir
Yaxşılıq üç sadə addımda süfrəyə çevrilir.
Sini sponsor, tələbə və restoranı bir araya gətirir.

Sponsor
İanə
Şəxslər və ya şirkətlər sponsorluq edirlər. Fərqli məbləğdəki yemək paketlərindən seçib tələbələr üçün siniyə əlavə edirlər.
Şəffaf və təhlükəsiz ödəniş

Tələbə
QR kod
Tələbələr yükləmiş olduqları mobil tətbiqi açıb ən yaxın restoranı seçirlər. Daha sonra tətbiqdə QR kod yaradıb seçdikləri restorana yaxınlaşırlar.
Bir neçə saniyədə təsdiq

Restoran
Yemək
Restoran əməkdaşı heç bir ödəniş almadan, sadəcə QR kodu oxudaraq sinidəki yeməklərdən tələbəyə təqdim edir.
Dəstək birbaşa süfrəyə çatır
Qaydalar
Sistemin əsas qaydaları
Bu dəyərlər platformanın cari tənzimləmələrindən oxunur — dəyişəndə bu səhifə də dəyişir.
QR kod birdəfəlikdir
Yaradılan QR 30 dəqiqə keçərlidir və yalnız bir dəfə oxuna bilər. Vaxtında istifadə olunmasa yemək hovuza qayıdır — itmir.
Gündəlik limit var
Bir tələbə gündə 2 dəfə QR yarada bilər. Bu, hovuzun daha çox adama çatmasını təmin edir.
Restoran öz limitini qoyur
Hər partnyor restoran gündə və saatda maksimum neçə yemək verəcəyini özü təyin edir — mətbəx yükü idarə oluna bilir.
Bağış hovuza gedir
Bağışlanan yemək konkret restorana bağlanmır. Restoran yalnız tələbə yeməyi götürdüyü an müəyyən olunur.
Bir öyün — başlamaq üçün kifayətdir
Qeydiyyat bir dəqiqə çəkir. İstəsəniz adınızı heç yerdə göstərməyəcəyik.